Bakıda GUAM-ın görüzü olacaq
Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, aprelin 10-da görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcək. Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də ?GUAM +? formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki,, Azərbaycan 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da sədrlik funksiyalarını öz üzərinə götürüb. Görüşdə Azərbaycan tərəfini XİN-nin müavini Araz Əzimov təmsil edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08