Qəbələdə qar uçqununa düzmüz gənclərin meyitləri tapıldı
Martın 30-da Qəbələ rayonunda dağlıq ərazidə itkin düşmüş rayonun Vəndam qəsəbəsinin 3 nəfər sakininin meyiti tapılıb. MIA-nın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün aparılmış əməliyyat xilasetmə işləri nəticəsində itkin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin ?112? qaynar telefon xəttinə aprelin 4-də günün ikinci yarısında daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini- 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa getmiş və geri qayıtmadıqları bildirilmişdi.
Yaxınları onların qar uçqununa düşdüyünü bildirmişdilər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunaraq gənclərin axtarışı həyata keçirilmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08