Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıb
Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Milli Ordunun əsgəri Ağarza Mirməhəmməd oğlu Əmirov Ermənistan silahlı qüvvələrinin aprelin 1-də cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, A.Əmirov Bakının Yasamal rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08