Cəbhədə vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri martın 29-da saat 16.50-dən 16.55-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 17.05-dən 17.10-dək və 17.15-dən 17.20-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində, saat 11.30-dan 11.35-dək, 23.47-dən 23.56-dək və martın 30-da saat 05.46-dan 05.57-dək Ermənistanın Noyenberyan rayonunun Voskevan və Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində, saat 00.50-dən 00.58-dək və 05.15-dən 05.20-dək Ermənistanın İcevan rayonunun Berkaber və Ayqovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Balacəfərli kəndlərində, saat 01.15-dən 01.30-dək Ağdam rayonunun Sarıcalı kəndi, saat 05.00-dan 05.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.