Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda saxta diplomlu şəxslərin statistikasını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 1992-2011-ci illər arasında Azərbaycanda ali məktəblərə 1 milyon 978 min 226 nəfər imtahan verib. Onlardan 615582 nəfəri tələbə adını qazanıb. 22332 nəfər isə TQDK-nın ?qara bazası?na düşüb. Belə ki, onlar imtahan verməsələr də, əllərində ali məktəblərin diplomları var.