Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı toplandı
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.
DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb. İctimai-siyasi vəziyyət və qarşıda duran vəzifələrin müzakirəsi zamanı deyilən təkliflər nəzərə alınmışdır. 19 mart 1994-cü ildə Bakı metrosunda törədilmiş terrorun ildönümünə münasibət bildirən İdarə Heyəti terroru pisləyir, terror qurbanlarının xatirəsini yad edir, terrora qarşı mübarizəni milli təhlükəsizlik konsepsiyasının tərkib hisssəsi kimi daim diqqət mərkəzində saxlamağı Azərbaycan hakimiyyətinə təklif edir. DCUMH İdarə Heyəti bütün Türk və müsəlman Dünyasını Novruz Bayramı münasibəti ilə təbrik edir, bu bayramın millətimiz və dövlətmiz üçün xeyirli-uğurlu olmasını arzu edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51