?Qarabağ? bloku idarə Heyətinin toplantısı keçirilib
Bu gün Ümid və Azərbaycan Demokrat partiyalarını birləşdirən ?Qarabağ? blokunun İdarə Heyətinin toplantısı keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, toplantıda bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Toplantıda Novruz bayramının gəlişi nəzərə alınaraq siyasi məhbusların əfv edilməsi üçün Azərbaycan prezidentinə müraciət olunması qərara alınıb. Ermənistan prezidenti Sərkisyanın NATO baş katibi ilə görüşü zamanı Azərbaycanın əleyhinə səsləndirdiyi bəyanatlara toxunan ?Qarabağ? bloku bunları onun növbəti sərsəmləmələri kimi dəyərləndirib və onun Qarabağda dinc insanların kütləvi ölümünə səbəb olan hərbi cinayətkar kimi ədalətdən və sülhdən danışmağa mənəvi haqqı olmadığını bir daha qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51