Azərbaycanda Novruz bayramı münasibətilə 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-nə kimi (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq 26 mart tarixi də qeyri-iş günü elan edilib. Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, 2012-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində baş verəcək.