Bu gün saat 14.00-da bir neçə müxalifət liderinin görüşü başlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Bakıda restoranların birində baş tutan görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, AMİP sədri Yusif Bağırzadə və KXCP sədri Mirmahmud Mirəlioğlu qatılıblar. Hazırda davam edən görüşdə müxalifətdaxili inteqrasiya, birgə mübarizə və digər məsələlər müzakirə olunur. Görüşün AMİP sədri Yusif Bağırzadə tərəfindən təşkil olunduğu bildirilir.