Bu gün 9 gənclər təşkilatının (Gənclərin Hüquqlarını Müdafiə Komitəsi) birgə təşkilatçılığı ilə Bakıda mitinq keçiriləcək. Şəhər Icra Hakimiyyəti ilə razılaşdırılmış mitinq Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydanda olacaq. Mitinqdə əsasən AXCP, VHP, Müsavat, ADP, həmçinin ?Azad gənclik?, ?Nida?, ?Dalğa?, ?Müsbət Dəyişiklik?, ?İnsan Haqları? gənclər təşkilatlarının fəalları və bitərəf gənclər iştirakı edəcəklər. Lakin mitinq bütün təbəqələr üçün açıqdır və təşkilatçılar arzulayanları aksiyada iştiraka səsləyir.