Dövlət Gömrük Komitəsində fevral ayının 25-də keçirilmiş attestasiyadan keçə bilməyən gələcək gömrükçülər üçün bu gün yenidən attestasiya təşkil edilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ötən ayın sonuncu şənbə günü gömrük orqanlarında kurs keçmiş və hazırda komitənin strukturlarında işə qəbulla bağlı attestasiyada gömrükçü olmaq istəyənlərin heç biri sualların yarısına cavab verə bilməyib: ?Vəziyyəti belə görən Dövlət Gömrük Komitəsinin rəhbərliyi yeni attestasiyanın keçirilməsinə qərar verdi və həmin qərara uyğun olaraq bu gün prosesə start veriləcək?. DGK-nin adının çəkilməsini istəməyən əməkdaşlardan biri isə MİA.az-a deyib ki, indi proses elə hazırlanıb ki, bu dəfə fevralın 25-də baş verənlər xoşagəlməz nəticələr yenidən təkrarlanmayacaq: ?Yəni bu dəfə hər şey formal xarakter daşıyacaq. Əvvəlcədən kimləri istəyəcəklərsə, onu da attestasiyadan keçirib, gömrükdə işlə təmin edəcəklər?.