Ötən gün Azərbaycan Ordusunun zabiti minaya düşüb. Hadisə martın 2-də günün ikinci yarısında Azərbaycanın Goranboy rayonunun cəbhə xəttində yerləşən Gülüstan kəndi ərazisində qeydə alınıb. Minaya düşən 23 yaşlı leytenant Qurban Mahmud oğlu Hüseynovdur. O, partlayış nəticəsində ayağını itirib. Hazırda ərazidəki hərbi hospitalda olan zabitin vəziyyəti stabildir(anspress).