Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Baş Qərargahına yeni rəis təyin olub. General-mayor Rəşad Sadıqov Xidmətin Baş Qərargahının rəisi təyin edilib. Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 13 fevral tarixli sərəncamı ilə DSX Baş Qərargahının rəisi, general-mayor Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.