Deputatlara təpki-"Bunu milli maraqlara xəyanət hesab edirik"
Qarabağ Azadlıq Təşkilatı (QAT) bir qrup azərbaycanlı deputatın Ermənistan paytaxtına səfər etməsi ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda Milli Məclisin deputatları Rövşən Rzayev, Azay Quliyev və Fərəc Quliyevin İrəvana səfəri pislənilib.
?Bu cür səfərlərə heç bir adla - istər AVRONEST Parlament Assambleyası, istərsə də başqa bir tədbir olsun - bəraət yoxdur. Bu, erməni siyasətidir və işğal faktını unutdurmağa çalışırlar. Bu səfərlərə gedənlər bilməlidirlər ki, birmənalı şəkildə erməni siyasətinə xidmət edirlər. Bunu milli maraqlara xəyanət hesab edirik. Şəhidlərimizin ruhları onları heç vaxt bağışlamayacaq?- deyə bəyanatda bildirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08