Hava şəraiti ilə əlaqədar fevralın 19-dan 20-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında yolların yenidən buz bağlayacağı, güclü şimal küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 18-i axşamdan 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Fevralın 19-20-də şimal küləyinin sürəti saniyədə 18-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək. Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın Arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.