iran 6 ölkəyə neft ixracını dayandırdı
İran Avropanın 6 ölkəsinə - Hollandiya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və İtaliyaya neftin tədarükünü dayandırıb. Bu barədə məlumatı İranın ?Press TV? telekanalı verib. Bununla bağlı qərar Avrozona ölkələrinin İran neftinin Avropa ölkələrinə tədarük edilməsinə qoyulan qadağaya cavab kimi qəbul olunub. Yanvarda uzun çəkən debatlardan sonra Avropa İttifaqı ölkələri mərhələli olaraq İrandan neftin tədarükünün dayandırılması ilə bağlı razılığa gəlib. Buna qədər isə Aİ rəsmi Tehranla bütün işgüzar münasibətləri dayandırıb və bütün xarici aktivlərini dondurub.
Bundan əvvəl Aİ İran investisiyalarına və energetika sektoruna qadağa tətbiq etmişdi. ABŞ-ın sanksiyaları isə İranda İslam inqilabı yarandığı 1979-cu ildən qüvvədədir. Bu sanksiyalar Beynəlxalq Atom Energetika Agentliyi (MAQATE) tərəfindən bu ölkədə nüvə silahının hazırlanması sübuta yetirildikdən sonra daha da gücləndirilib.
Qeyd edək ki, İran dünyada Səudiyyə Ərəbistanından sonra ən böyük neft ehtiyatlarına malik ölkədir və onun dünya neft məhsulları bazarında ticarəti 6 faiz təşkil edir.
İran dünya üzrə neft ixracatında 4-cü yeri, OPEK ölkələri üzrə isə ikinci yeri tutur. İran həmçinin Çinə neft tədarük edən ən böyük ölkədir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08