Havanın kəskin şəkildə pisləşməsi ilə əlaqədar orta ümumtəhsil məktəblərində dərslərin dayandırılması barədə əmr hələlik imzalanmayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik sadəcə orta məktəblərə uzaq məsafədən gələn məktəblilərə hava şəraiti ilə əlaqədar dərsə getməməyi tövsiyə edib. Bundan başqa Təhsil Nazirliyi istilik sistemi ilə təchiz olunmayan orta ümumtəhsil məktəblərində də dərslərin dayandırılmasını tövsiyə edir. Xatırladaq ki, ötən həftə Azərbaycan ərazisində kəskin hava şəraiti ilə əlaqədar təhsil naziri Misir Mərdanov fevralın 6-dək təhsil müəssisələrində dərslərin dayandırılması barədə əmr imzalamışdı.