Ötən gün Bakıda yolların buzlu olması əlaqədar 46 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib. O bildirib ki, sürüşən şəxslərin 30-u xəstəxanalara yerləşdirilib. Ümumilikdə ötən gün yol nəqliyyat və məişət hadisələri də daxil olmaqla 74 nəfər travma alıb. Onların 49-u xəstəxanaya çatdırılıb(trend). Keçən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1500 müraciət daxil olub. Müraciət edənlərin 136-ı xəstəxanaya çatdırılıb.