Bakı-Sumqayıt yolunda "buz tıxacı"
Bakı-Sumqayıt yolu şaxta səbəbindən yenidən bağlanıb. Bakıdan Sumqayıt istiqamətinə gedən yollarda hərəkət məhdudlaşıb və demək olar ki, hərəkət mümkün deyil. Bu səbəbdən Bakı-Sumqayıt magistralında böyük tıxac da yaranıb.
Hazırda yolda qalan əməkdaşımızın verdiyi məlumata görə, tıxac Ceyranbatan su qoruğuna qədər gəib çatıb. Əməkdaşımız onu da bildirir ki, bəzi sürücülər nə arxaya, nə də qabağa getməyin mümkün olmamasına görə, avtomobillərini kənara çəkib piyada gedirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08