Milli Məclisin bugükü iclasında BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsini qaldırıb. O, ölkənin adının Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib. Deputatın təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib. YAP-çı deputat Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.