Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 02-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərdarlığa əsasən fevralın 02-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən daha da kəskinləşəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Şaxtalı hava şəraiti fevralın 05-dək davam edəcək.