Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəz nəticəsində ölüb
Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08