Ölkə əraizisndə qeyri-sabit hava şəraiti bu gündə davam edəcək. Bakıda və Abşeron yarımadasında yanvarın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam və gecə bəzi yerlərdə az qar yağacağı gözlənilir. Temperaturun gecə 4-6? şaxta, gündüz 1? şaxtadan 2?-dək isti olacaq. Bakıda gecə 3-5? şaxta, gündüz 0-2? şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək -769 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq, yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 7-12? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, axşam və gecə isə qar yağacağı gözlənilir. Temperaturun gecə 12-17?, gündüz 2-7? şaxta olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 3-7? şaxta, gündüz 1? şaxtadan 3?-dək isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havaların gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 4-9? şaxta, gündüz 4? şaxtadan 1?-dək isti, dağlarda gecə 13?-18?, gündüz 4-8? şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23? şaxta olacağı prpqnozlaşdırılır. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 3-7? şaxta, gündüz 1? şaxtadan 4? isti olacağı gözlənilir. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 2-5? şaxta, gündüz 1? şaxtadan 3?-dək isti, dağlarda gecə 12-17?, gündüz 1-5? şaxta olacağı gözlənilir. Ölkə ərazisində yollar buz bağlayacaq.