Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 29-da saat 14.40-dan 15.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.