Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etdi: çovğun olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Qurumun məlumatına görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. 27-si axşam, 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Yanvarın 27-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv, axşama doğru şimal və şərq rayonlarında güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında - arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13? şaxta, gündüz 0-5? şaxta olacaqdır.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 8-13? şaxta, gündüz 2-6? şaxta olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3-7? şaxta, gündüz 0-3? şaxta olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10? şaxta, gündüz 0-5? şaxta, dağlarda gecə 10-15? şaxta, gündüz 5-9? şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25? şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 0-4? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti, dağlarda gecə 6-11? şaxta, gündüz 1-6? şaxta olacağı gözlənilir.
Xəbərdarlıq
Yanvarın 27-si axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yacağı şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 27-si axşam, 28-də çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 27-dən 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Yanvarın 27-si axşam və 28-də qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşdiyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.#351;
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08