Bakı və Abşeron yarımadasında yanvarın 20-dən 21-ə keçən gecə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək. Yanvarın 22-də havanın buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 21-də havanın yağıntılı olacağı, qar yağacağı, səhər qərb rayonlarında, gündüz şərq rayonlarında tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 22-də axşam bəzi şərq rayonlarında havanın çiskinli, bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.