Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) toplantısı keçirilib. İclasda bir sıra məsələlərə toxunulub, o cümlədən, kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə edilib. Palatadan verilən məlumata görə, fevral ayında piket və fləşmoblar, o cümlədən, kütləvi aksiyaların keçirilməsi də qərarlaşdırılıb.