"Sülh prosesinin qəsdən uzadılması müharibənin alovlanmasına əlverizli zərait yaradır"
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ABŞ-Azərbayjan əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq sahəsində də uğurların olduğunu qeyd edib. Bölgədə mövcud hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və bunun nətijəsində bir milyon qaçqının bu günə qədər yurd-yuvasına dönə bilməməsini qonağın diqqətinə çatdırıb. Nazirin fikrincə, sülh prosesinin yubanması və onun qəsdən uzadılması regionda müharibənin alovlanmasına əlverişli şərait yaradır. Ona görə də vəziyyətin gərgin həddə çatmaması üçün Minsk Qrupu fəaliyyətini güjləndirməlidir.
Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq bu il problemin aradan qaldırılmasına diqqəti artıracaqlarını bildirib və qeyd edib ki, regionda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ABŞ-ın maraqları çərçivəsindədir. Söhbət zamanı qonaq Azərbaycan torpaqlarının işğal faktının ABŞ tərəfindən tanındığını bir daha təsdiqləyib.#305;n
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08