Şimali Kipr Türkiyə Respublikasının (KKTC) qurucusu, ilk və sabiq prezidenti Rauf Denktaş vəfat edib. Yanvarın 8-də vəziyyəti ağırlaşdığı üçün ?Yakındoğu? universitetinin xəstəxanasına çatdırılan Denktaş ötən gün səhər süni tənəffüs aparatına, axşama yaxın isə dializ cihazına qoşulmuşdu. Xatırladaq ki, keçən il may ayının 24-də vəziyyəti pisləşərək xəstəxanaya aparılan Rauf Denktaşın beyninə qan sızmış və onun sol tərəfi iflic olmuşdu. Oktyabrın 29-da xəstəxanadan evə buraxılan Denktaş ilk dəfə dekabrın 15-də bayıra çıxmış və ?Mənim barəmdə `ölür` deyirdilər, bayıra çıxdım? ? demişdi. Bir neçə gündən sonra Rauf Denktaşın 88 yaşı tamam olmalıydı. Allah rəhmət eləsin!