Səhiyyə Nazirliyinin ?Qaynar xətt? xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 24.02.2011-ci il tarixindən ilin sonuna kimi 7297 müraciət daxil olub. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 3682-si (908-i əsaslı, 2774-ü isə əsassız) şikayət, 2049-u ? sorğu xarakterli, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub. ?Qaynar xətt? xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.