Azərbaycanda bir gündə 4 nəfər dəm qazından zəhərlənib. MIA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəm qazından zəhərlənmə həm paytaxtda, həm də bölgədə baş verib. Belə ki, Beyləqan rayon sakini Elməddin Məmmədli mənzilində dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, Sumqayıt şəhər sakini Amid Mailov, Masazır qəsəbə sakini Xəyal Məmmədli, Kəpəz rayon sakini Azad Tağıyev mənzillərində dəm qazından zəhərləniblər. Qeyd edək ki, onların hamısı müvafiq xəstəxanalara yerləşdiriliblər.