Naxçıvan nümayəndəliyi qarzısında etiraz aksiyası
Dekabrın 30-da 30-a yaxın müxalifət fəalı Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi qarşısında etiraz aksiyasına cəhd edib. Onlar AXCP Naxçıvan təşkilatının fəalı Zeynal Bağırzadənin həbsinə etiraz ediblər.
Aksiyaçılar ?Vasif Talıbov, diktatura rejiminə son qoy!?, ?Naxçıvanda insan hüquqları təmin olunsun!? kimi şüarları səsləndiriblər. Polis və mülkigeyimli şəxslər aksiyaçılardan Asəf Quliyev, Sahib Hüseynli, Orxan Carçıyev və Fuad Hüseynlini Nərimanov rayon Polis İdarəsinə aparıblar.
Dekabrın 26-da AXCP fəalı Zeynal Bağırzadə Naxçıvan şəhər Məhkəməsinin hökmü ilə 3 ay həbs cəzası alıb. O, CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluqla külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08