Nazirlər Kabineti Milli Elmlər Akademiyasının bütün bölmələri üzrə bu il üçün doktoranturaya əlavə 60 yer ayırıb. Akademiyanın 1-ci vitse-prezidenti Arif Həşimov bildirib ki, əvvəlcə 215 plan yeri ayrılmışdı. Nazirlər Kabineti doktoranturaya qəbulun keçirilməsində iki il fasilə yaranması və qəbul imtahanlarında yüksək nəticə göstərən namizədlərin çoxluğu ilə əlaqədar akademiyanın müraciətini nəzərə alaraq, əlavə yerlər ayrılıb. Həmin yerlərə, doktoranturaya keçirilən imtahanlarda yaxşı nəticələr göstərən, lakin müsabiqədən keçməyən namizədlər qəbul edilib. Bununla da, doktoranturaya daxil olanların sayı 275 nəfərə çatıb. Qeyd edək ki, doktoranturada təhsil yanvarın 1-dən başlayacaq.