Milli Məclisin bu gün keçirilən iclasında ?Hərbi vəzifə və hərbi xidmət haqqında? qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. 9 fəsildən ibarət qanun layihəsi barədə Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Müzakirələrdən sonra layihə ikinci oxunuşda səsə qoyularaq qəbul olunub. Daha sonra ?Hərbi vəzifə və hərbi xidmət haqqında? qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Bununla da parlamentin iclası başa çatıb.