Şevardnadze ilham Əliyevə zəng edib
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Eduard Şevardnadze Prezident İlham Əliyevi anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı təbrikə və diqqətə görə Eduard Şevardnadzeyə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Eduard Şevardnadzenin Heydər Əliyevlə dostluq münasibətləri məmnunluqla xatırlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50