Hüsnü Mübarəkin asılması tələb olundu
Misirin baş prokurorluğu keçmiş prezident Hüsnü Mübarək, sabiq daxili işlər naziri Həbib əl-Ədli və onun 6 müavininə asılaraq ölüm hökmünün verilməsini tələb edib. Hüsnü Mübarəkin məhkəmə prosesində əsas ittihamçı bəyan edib ki, müttəhim ötən ilin yanvarında 18 günlük iğtişaşlar zamanı etirazçıların ölümünə görə siyasi və hüquqi məsuliyyət daşıyır. Prokuror Mustafa Süleyman təsdiq edir ki, Hüsnü Mübarək etirazçılara atəş açılmasından xəbərdar olub və onun qarşısını almaq üçün heç nə etməyib.
İttihama əsasən, Hüsnü Mübarəklə birlikdə müttəhimlər kürsüsündə olan keçmiş daxili işlər naziri Həbib əl-Ədli də etirazçılara qarşı öldürücü silahdan istifadəyə icazə verib.
Xatırladaq ki, 83 yaşlı Hüsnü Mübarəkin ilk məhkəməsi avqustun 3-də başlayıb. 6 aydır davam edən məhkəmə prosesində hər iki müttəhim günahkar hesab olunacağı halda, onları ölüm cəzası gözləyir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50