Bu gün Astara rayonunda ər və arvad qətlə yetirilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Ərçivan kəndində kənd sakini Rafail İmaməliyev və onun həyat yoldaşı Züleyxa naməlum şəraitdə öldürülüb. Məlumata görə, ailə üzvlərinin üzərinə çoxsaylı kəsici-deşici alətlə endirilmiş xəsarətlər olub. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri çalışır. Öldürülən Rafail Dadaş oğlu İmamməliyev 1960-cı il, arvadı Züleyxa Bünyad qızı İmaməliyeva isə 1958-ci il təvəllüdlüdür. Onların 3 övladı olsa da, evdə ikisi yaşayırmış.