Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Hadisə bu gün saat 15:00 radələrində cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Minaya düşən Biləsuvar rayonundan olan əsgər Quluzadə Elvindir. Hadisə Ağdamın işğal altındakı Yusifcanlı kəndi yaxınlığında, işğal altındakı ərazilərdən axan Qarqarçayın yaxınlığında baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, əsgər hospitala çatdırılıb. Onun ayağının birinin itirəcəyi bildirilir. Qeyd edək ki, E. Quluzadənin təvəllüdü bilinməsə də onun hərbi xidmətini başa vurmasına 3 ay qaldığı bildirilib.