Rafiq Əliyev: ?Bu xalqın yolunda istənilən çətinliyə getməyə hazıram?
Akademik Rafiq Əliyev AzadlıqRadiosunun ?İşdən sonra? proqramında dinləyicilərin suallarını cavablandırıb. Verilişdən bəzi sitatları diqqətinizə çatdırırıq:
- ?Söhbət burda vəzifədən kənarlaşdırmaqdan getmədi. Burda söhbət ədalətsizliyə olan reaksiyadan gedirdi. Mən bunu öyrənmək istədim?.
- ?Onlar bu hərəkətləri ilə qıcıq verdilər cəmiyyətə. Bu zor qıcığı idi. Amma cəmiyyət bunu pozitiv qıcıq kimi qəbul etdi. Çünki cəmiyyət ədalət istəyir?.
- ?Hökuməti, nazirləri mən bu söhbətə qatmıram. Çünki qıcığı verən onlar deyildi. Bunu idarəetmə ierarxiyası edirdi?.
- ?Belə bir eksperiment aparıldı ki, görəsən, zor gücünə ziyalını susdurmaq mümkündürmü? Gördülər ki, bu, mümkün deyil?.
- ?Hazırda əsas üsul zor üsuludur, basqı üsuludur. Kim dindi, özünü işdən çıxar, övladını işdən çıxar. Amma bu effekt verməyəcək?.
- ?Heç kim gəlib bizim əvəzimizə burda düzəliş aparmayacaq?.
- ?Xalqın gərək gücü olsun ki, bu problemləri həll edə bilsin. Hər şeyi hakimiyyətin, başqa dövlətlərin üstünə atmaq düzgün deyil?.
- ?Azərbaycanda çox dəbdədir çörək imtahanı?.
- ?İstəyirik ki, bizdə hadisələr yumşaq keçsin. Bunun üçün də islahatlar lazımdır?.
ZİYALILAR FORUMUNA QARŞI İQTİDAR KAMPANİYASI HAQDA
- ?Mənə qarşı imza atanlara yazığım gəlir. Onları zəlil gününə qoydular. İmtina edən, imza atmayan insanlar da yetərincə idi. Cəlal Allahverdiyevin vicdanı susmadı. Mənim əleyhimə imza atanlarla da salamlaşaram?.
- ?Ziyalılar Forumunda heç kim istəmir ki, ərəb ölkələrində baş verənlər burda baş versin. Biz yalnız ağrıyan yeri deyə bilərik, siyasi fəaliyyət yoxdur?.
CƏMİYYƏT HAQDA
- ?Şükürlər olsun ki, cəmiyyətdə dinamika pozitivdir?.
- ?Mənimçün maraqlı odur ki, bizim cəmiyyətimizin durumu nə gündədir. Onun sabahı, perspektivləri necə olacaq??.
- ?Allah bizə bu nefti veribsə, (əvəzində) başqa şeyi alıb - bir az ədaləti alıb, bir az cəmiyyətin süskünlüyünü verib. Müxtəlif sahələrdə balans pozulub?.
- ?Azərbaycanda islahatlar gedəcək, Azərbaycan dəyişəcək. Ona görə ki, dəyişməyə bilmərik. Alternativ yoxdur buna. Çünki dünya dəyişir?.
- ?Bizim heç bir siyasi iddiamız yoxdur. Amma cəmiyyətdə olan eybəcərliklərə dözmək düzgün deyil?.
RAFİQ ƏLİYEV RAFİQ ƏLİYEV HAQDA
- ?Səbirli olmağım peşəmlə əlaqədardır?.
- ?Bu situasiyada öyrənmək istədiyim cəmiyyət idi. Çünki bu hadisələrin arxasında duranlar məlum idi. Mənim üçün maraqlı idi ki, cəmiyyətimiz ayaqdadır ya yox?.
- ?Mən yüzdəyüz deyirəm ki, bu xalqın yolunda istənilən çətinliyə getməyə hazıram. Hətta qələmimi süngüyə çevirib Qarabağa getmək lazım olsa belə gedərəm?.
- ?Məni nələr gözlədiyini bilirdim. Mən bu obyekti öyrənmişdim?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51