Prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Mirələkbər Seyidov tutduğu vəzifədən azad olunaraq Ağdaş rayon prokuroru, Qaradağ rayon prokurorunun müavini Fikrət Əsgərov isə Masallı rayon prokuroru vəzifələrinə təyin olunublar.