Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti dəm qazından zəhərlənmələrin sayının artması məsələsinə mövqeyini açıqlayıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında son vaxtlar dəm qazından zəhərlənmə faktlarının artmasından narahatlığını bildirib və qeyd edib ki, belə halların aradan qaldırılması rəhbəri olduğu qurumun səlahiyyətində deyil. Onun sözlərinə görə, binalarda havalandırma sistemlərinin işləməməsi dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur. "Binaların ventilyasiya sisteminin təmizlənməsi ARDNŞ-in səlahiyyətində deyil. Bu işdə abonentlər tədbirlər görməli, mənzil-istismar idarələrinə və müvafiq qurumlara vaxtında müraciət etməlidirlər", - Abdullayev vurğulayıb. Son aylar respublikada dəm qazından zəhərlənmə və ölüm hallarının sayı kəskin artıb.