Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. MIA-nin məlumatına görə, dövlət başçısı ümummilli liderin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. Prezident İ. Əliyev görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib. Dövlət başçısını dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər müşayiət edirlər. Qeyd edək ki, Heydər Əliyevin vəfatından səkkiz il ötür.