Azərbaycan Ordusunun əsgəri hospitalda ölüb. Hərbi mənbənin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Cəfərov Anar Qəzənfər oğlu dünən Bakıdakı Mərkəzi Hospitalda dünyasını dəyişib. Məlumata görə, o bir neçə gün öncə xidmət etdiyi Tərtər rayonundakı N saylı hərbi hissədə baş vermiş partlayışda ağır xəsarət alıb və hospitala yerləşdirilib. Cəfərov 2008-ci ildən hərbi ximətdədir və Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb(trend). Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.