Dekabrın 2-də 8 nəfər dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şirvan sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər, vəziyyətləri qənaətbəxşdir. Həmçinin Sumqayıt şəhər sakini Sənan Abdullayev, Pərvin Dadaşova, Sevinc Ağayeva və Xırdalan şəhər sakini Elnarə Aslanova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Bakı şəhəri Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko isə dəm qazından zəhərlənərək ölüb.