Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, dekabrın 2-də yerli vaxtla 01:03-də Xəzər dənizində, Bakı şəhərindən 78 km şimali-şərqdə ml=3.0 olan zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.