Azərbaycan hökumətində 887 boz vəzifə var
Azərbaycanda boş vəzifələrə test imtahanı keçirilir. Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 97 dövlət orqanında 887 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
887 boş yerə təxminən 4000 namizəd var. Ən çox sənəd verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki boş yerlərədir. Burdakı 40 vakant yerə 1033 namizəd sənəd verib. İddiaçılar üçün ən "yağlı" yer isə, deyəsən, kənd təsərrüfatının krediti ilə bağlı vəzifədir:
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
1 vakant yerə - 79 namizəd.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti
2 vakant yerə - 100 namizəd
Dövlət Sosial Müdafiə Fondu
131 vakant yerə - 400 namizəd
Indiki test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi və Səhiyyə Nazirlikləri üzrə keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında
5 vakant vəzifəyə 190 namizəd,
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində
1 vakant vəzifəyə 56 namizəd,
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində 2 vakant vəzifəyə 101 namizəd,
Səhiyyə Nazirliyində 10 vakant vəzifəyə 111 namizəd var.
Test imtahanı kompüter vasitəsilə keçirilir və nəticələri imtahan başa çatdıqdan az sonra namizədlərə təqdim edilməli və Komissiyanın rəsmi internet saytında yerləşdirilməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08