Bu gün Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər. Kollegiya iclasında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2011-ci ildə hazırlığının yekunları və 2012-ci tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.