Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Şəki rayonuna səfər edib. Dövlət başçısı Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezidentə abidənin ətrafında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ərazidə yaşıllıq zolağı daha da genişləndirilib.