Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçünAlmatı şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.