Bu gün Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar bu gün yerli vaxtla 10:03 radələrində Lənkəran şəhərindən 5 km şimali-qərbdə qeydə alınıb. Təkanların gücü 3.4 bal olub. 25 km dərinlikdə olan zəlzələ hiss olunmayıb. Bu gecə Bakıda zəlzələ baş verib. AMEA Milli Seysmoloji Xidmətinin internet saytının verdiyi məlumata görə, zəlzələ saat 23.34-də qeydə alınıb. Yeraltı təkanların episentri Bakıdan 62 kilometr cənubi-şərqdə, Xəzər dənizində yerləşib. Zəlzələ ocağı 55 kilometr dərinlikdə olub. Zəlzələ Bakıda 3 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.